Böyrək daşı xəstəliyi

Böyrək daşı xəstəliyi

2343
Müəllif: Uroloq-Androloq Ilham Ismayılov, Əlaqə: 050 205 99 66

Paylaşıldı: 16.06.2020
Ilham İsmayılov

Böyrək daşı xəstəliyi nədir?

Böyrək daşı xəstəliyi  böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir.Bu bədəndə metabolizmanın (maddələr mübadiləsi)pozulması hesabına əmələ gəlir. Böyrək daşı xəstəliyində yaş məhdudiyyəti yoxdur.Böyüklərdə olduğu kimi,yenidoğulmuşlarda da ola bilər.Əvvəl mikrolitlər (qum) əməl gəlir,sonra daş formalaşır.. Daşlar müxtəlif  ölçülərdə ola bilər və aşağidakı növləri vardır.

  •  Kalsium daşları.Ən çox görünən böyrək daşı növüdür (75% hallarda). Kalsiy-oksalat—bərk,boz-qara,çixintilarla , kalsiy -fosfat - yumşaq, açıq - boz rəngdə, kələkötürlü
  • Urat daşları.Sarı rəngdə hamar daşlardır. Sidikdə normadan artıq turşuluq olduqda əmələ gəlir.
  • Sistin daşları. Daha az görüləndir, böyrəklərdə Sistin adı verilən amin turşusunun artmasından əmələ gəlir. Gənc yaşlarda olur və tez-tez təkrarlandığı üçün böyrək çatışmamazlığı yaradır.

Bəs böyrək daşı xəstəliyinin əmələ gəlmə səbəbləri :

Böyrək daşı  xəstəliyinin əmələ gəlmə səbəbləri birdən artıq faktor rol oynayır.

  • Yetərsız su içmək
  • Cinsiyyət (kişilərdə qadınlara nisbətən 3dəfə artıq olur) 
  • İrsi faktor
  • Əvvəl böyrək daşı olan xəstələr
  • Qidalanma:Protein,Natrium və şəkəri  yüksək olan  qidalar qəbul etmək.
  • Həzm sistemı xəstəlikləri keçirənlər
  • Artıq çəkidən əziyyət çəkənlər
  • Anadangəlmə böyrək anomaliyaları (polikistoz,tək böyrək və s.)
  • Ödemləri azaltmaq üçün sidikqovucu dərmanların qəbulu.
  • Qalxanabənzər ətraf vəzilərin xəstəlikləri
  • Uzun müddət Ca və D vitamini qəbulu.

Bıyrək daşı hansı əlamətlərlə özünü birüzə verir?

Böyrək daşları əsasən sidik axarına girdikdə özünü göstərir.Uretrada olan tıxanıqlıq səbəbi ilə şiddətli ağrılar olur. Amma bəzi kiçik daşlar heç bir əlamət vermədən xaric olur. Böyrək daşlarının əsas əlamətləri aşağıdakılardır:

  • Böyrək bölgəsində,beldə ,qabırğaların altında,qarının aşağı hissəsində,qasıq nahiyəsində ağrılar.Ağrı dalğavari və dəyişkən şəkildə olur.
  • Sidikdə qanın olması. Sidikdə qanın olması güclü böyrək sancısından və ya ağır fiziki gərginlikdən sonra baş verə bilər. 
  •  Arterial təzyiqin yüksəlməsi
  • Sidiyin rəngində və qoxusunda dəyişikliklər ola bilər.
  • Ürək bulanma və qusma ola bilər.
  • Tez-tez sidiyə çıxma hissi ola bilər.Sidiyə çıxmaq sayında tezləşmə olsada, sidiyin miqdarında azalma ola bilər.
  • Sidiyə getdikdə yanma hissi
  • Böyrək daşı infeksiyalaşırsa,sidiyin rəngi bulanıq olur və tündləşir.İstilik,üşümə və titrətmə ola bilər.

Diaqnostika:

Böyrək daşı diaqnostikasını təyin etmək üçün uroloqun müayinəsi önəmlidir. Xəstədə olan əlamətlər çox vaxt həkim üçün yeterli olur.Bununla birlikdə böyrək daşı diaqnozunu tam qoymaq üçün aşağıdakı müayinələr aparılmalıdır.

  • Ultrasəs müayinəsi. 
  • Sidik analizi.
  • Qan analizi.
  • Rentgen müayinəsi.
  • Kompyuter tomoqrafiyası.
  • Böyrək daşı analizi.

Profilaktika:

Bəs daş yaranmasının qarşısını almaq olarmı?

Daş yaranmasının qarşısını almaq üçün həyat tərzini dəyişmək son dərəcə önəmli rol oynayır.Bol su içmək,aktiv həyat tərzi keçirmək,çox və tez-tez qidalanmaqdan qaçınmaq,vaxtaşırı həkim müayinəsindən keçmək daş əmələ gəlmənin qarşısını ala bilər.

Bəs böyrək daşı olanlar nə etməlidir?

  • Bol su içmək.Əsasən yay aylarında.
  • Çay,kofe və qazli içəcəkləri azaltmaq.
  • Duzdan istifadəni azaltmaq.
  • Mütəmadi idman hərəkəti və yürüş etmək.
  • Kəskin diyetlərdən və sürətli kilo vermədən qaçınmaq.

Böyrək daşı olan və əvvəllər böyrək daşı salan xəstələr bu şərtləri etsələr təkrar daş əmələ gəlmənin qarşısını müəyyən qədər almış olarlar.

Böyrək daşı xəstəliyinin müalicəsi:

Böyrək daşının düşməsi. Bəzi 4mm dən kiçik ölçülü, hamar daşlar xəstəyə əziyyət vermədən düşə bilər. 4-6 mm daşlar isə dərman maddələrinin köməyilə düşə bilir.Bundan böyük olan daşlar isə müxtəlif üsullarla çıxarılır.Bu üsullardan ən az travmatik olanESWL (bədən səthindən şok dalğaları ilə daşqırma) litotripsiya vasitəsilə böyrəkdə olan daşlar qırılır.Daha sonra xırdalanmış daşlar sidik axarı vasitəsilə təbii yolla xaric olur. Zərbə dalğalı litotripsiya əsasən 2 sm olan daıları qırmaq üçün istifadə olunur.Daı böyük olduqda və ya litotripsiya effekt vemədikdə digər cərrahi üsullardan istifadə olunur.

 Çox səhv olaraq xalq arasında, daşın ölçüsünü bilmədən, bütün daşları salmaq üçün bitki çaylarından istifadə olunur. Bu çox ağır fəsadlara gətirib çıxara bilər. Bunun üçün özünü müalicədən qaçının və hər hansı narahatçılıq yaranarsa uroloqa müraciət edin.

Mövzu ilə bağlı video:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az