Abdominoplastika (qarıngərmə əməliyyatı)

Abdominoplastika

330
Müəllif: Plastik cərrah Elnur Mehrəli Əlaqə: (+994) 51 897-28-97

Paylaşıldı: 06.11.2019
Elnur Mehrəli

Abdominoplastika (qarıngərmə əməliyyatı)
 
Sağlam həyat tərzi, düzgün qidalanma və s. insan vücudunu xeyli yaxşılaşdırır. Təəssüf ki, çox vaxt elə problemlər ortaya çıxır ki, adıçəkilən vasitələr köməyə çatmır. Bunlara misal kimi sallaq və möhkəmliyini itirmiş qarnı göstərmək olar. Kompleks və diskomforta səbəb olan bu cür qarın formasını korreksiya etmək üçün ən effektiv vasitə -   abdominoplastika – qarıngərmə əməliyyatıdır.

 Abdominoplastika əməliyyatı nədir?

Qarın öz formasını müxtəlif səbəblərdən itirə bilər. Adətən,  qadınlar hamiləlik və doğuşdan sonra abdominoplastika haqqında düşünürlər. Bu cərrahi metoda müraciət edənlər arasında birdən-birə çəki vermiş insanlar az deyil. 
 Abdinoplastikaya daha çox yaşlı pasiyentlər müraciət edirlər. Çünki qarın sallanması daha çox onlarda müşahidə edilir. Belə ki, illər keçdikcə qarın nahiyəsində əzələ və dəri öz möhkəmliyini itirir və bu problemi pəhriz və ya idmanla aradan qaldırmaq heç cür mümkün olmur.  
Abdominoplastika əməliyatı sayəsində artıq dəri və qarın nahiyəsindəki dərialtı piylər xaric edilir, eləcə də qarın əzələləri gərilir. Qeyd edmək lazımdır ki, bu, heç də bəsit və asan əməliyat deyil və ondan sonra müəyyən reabilitasiya dövrünə ehtiyac var. 
Maraqlı bir fakt kimi qeyd edim ki, bütün plastik əməliyyatların 7%-ni abdominoplastika təşkil edir.       

Abdominoplastika əməliyatına göstərişlər:

Qarın gərmə əməliyatı 18 yaşdan yuxarı bütün adamlara tətbiq oluna bilər. Lakin məqsədiniz çəki verməkdirsə, tövsiyə olunur ki, abdominoplastika əməliyyatına arzuladığınız çəkiyə çatandan sonra müraciət edəsiniz. Belə olan təqdirdə,  nəticə daha effektli olacaq.
Yaxın zamanlarda hamiləlik planlaşdırılırsa, bu barədə həkimə məlumat verilməlidir. Qarıngərmə əməliyatı keçmiş qadınlar təkrar hamilə qala bilərlər və buna heç bir əks-göstəriş yoxdur. 
Lakin nəzərə alın ki, hamiləlik əməliyyatın nəticəsinə mənfi təsir göstərir və sonda yenidən dəri boşalması, artıq piylərin yaranması ilə üzləşə bilərsiniz. Bu səbəbdən yaxşı olar ki,  abdominoplastika əməliyatı hamiləlikdən sonra icra olunsun. 

Qarıngərmə əməliyatına göstərişlər:

 – Qarın nahiyəsində artıq piy qatları;
 – Qarında çoxsaylı sallaq dərilər;
 – Çapıq deformasiyası;
 -  Qarın əzələsinin zəifliyi.

Abdominoplastika əməliyyatına əks-göstərişlər:

İstənilən ciddi cərrahi müdaxilələrdə olduğu kimi, abdominoplastikada da əks-göstərişlər var. Bunlara aiddir:
 – Kəskin və ya xroniki xəstəliklər. Belə hallarda mövcud problemlər mütləq həll olunmalıdır. Bədən quruluşunun korreksiyasına məhz bundan sonra başlamaq olar;
 – Şəkərli diabet və qalxanabənzər vəzi xəstəlikləri;
 – Ağciyər və ya ürək çatışmazlıqları; 
 – Qan laxtalanması problemi.

Abdominoplastika əməliyyatından sonrakı mənzərə

Qarıngərmə əməliyatı xəstənin tam yatdığı ümumi anesteziya ilə həyata keçirilir. Əməliyat təxminən 2 saat davam edir, 1 gün xəstəxanada qalmaq şərtdir. Əməliyatın səhəri günü pasiyent evə yazılır. Reabilitasiya periodu təxmini 5-7 gündür. 1 həftə sonra iş həyatına dönə bilərsiniz.
Bütün bunlara baxmayaraq, abdominoplastika əməliyyatından sonra pasient ehtiyyatlı olmalıdır. Məsələn, ona 2 ay müddətində ağırlıq qaldırmaq, idmanla məşğul olmaq və günəş vannası qəbul etmək tövsiyə edilmir.  
Tikiş dartılmasının qarşısını almaq üçün məsləhətdir ki, 2 həftə ərzində dik yeriməyəsiniz. Əməliyyatdan 2-5 gün ərzində qarın nahiyəsində gərginlik və həssaslıq hiss edəcəksiniz - bu normaldır. Bəzi cüzi əlamətlər də aradan qalxdıqdan sonra – 6 ayın tamamında qarın şəklinin son vəziyəti müşahidə olunacaq. Bundan 2 ay sonra idman edə bilərsiniz.
 
Abdominoplastika əməliyatından sonrakı ağırlaşmalar

Bütün cərrahi əməliyatlardakı kimi, abdominoplastikanın da özünəməxsus ağırlaşmaları var. Buraya infeksiyalaşma, qanama, yara sağalmasının gecikməsi, anestezioloji riski aid etmək olar.         
Abdominoplastika əməliyatı özünəgüvəni tezliklə bərpa edən çox effektiv üsuldur. 
Abdominoplastika - Sizi qamətli və cazibədar bədən quruluşunuzun olduğu cavanlıq dövrünüzə qovuşdurur.