Dil:
Azərbaycanca
HekimTap-ın təşkilatçılığı ilə 3 mart 2018-ci il tarixlərində Avropa Plastik, Rekostruktiv və Estetik Cərrahiyyə Kollegiyasının üzvü Uzm. Dr. İlyas Axundzadə tərəfindən “Xroniki yaralar” adlı seminar keçiriləcək!
Seminar proqramı:
15.00-15.15 – Açılış.
15.15-16.00 – Xroniki yaralar. Giriş və tərif, epidemioloji məlumatlar. Normal yara sağalması. Yara sağalmasını pozan yerli və ümumi faktorlar. Xroniki yaraların müalicəsində istəfadə olunan metodlar.
16.00-16.30 – Kofe fasiləsi
17.00-17.30 – Xroniki yarası olan xəstənin ümumi klinik müşahidəsi. Diabetik yaralar. Yataq yaraları. Venoz yaralar.
18.00-18.30 – Sual-cavab. Sertifikatların təqdimatı.
İştirak üçün şərtlər:
- Seminar yalnız həkimlər, rezidentlər və tibb tələbələri üçün nəzərdə tutulub.
- Aparılan dil: Azərbaycan, sual-cavab – Azərbaycan, Rus
- Sertifikat verilir (HekimTap)
- Təlim ödənişlidir (30 AZN, tələbələrə 50% endirim olunacaq). Qeydiyyatın son günü 1 mart 2018-ci il
Tədbirdə iştirak etmək üçün aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz:
https://docs.google.com/forms
Tarix: 03.03.2018
Məkan: Chirag Plaza
Ünvan: 49/C Tbilisi prospekti, Bakı 1065
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 55 457-48-03
E-mail: courses@hekimtap.az
Web sayt: www.hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1