Pərviz Nəsirov  hekimtap.az

Pərviz Nəsirov ,PhD

Uroloq-androloq

Tibb elmləri namizədi

24 il iş təcrübəsi

Bakı

Həkim haqqında

NƏSİROV PƏRVİZ RAFİQ oğlu

Uroloq – Androloq Cərrah

1994 cü ildə Azərbaycan Dövlət Tibb Universitetini mülaicə işi kursunu Həkim ixtisası üzrə (Diplom № ЦВ 842936) bitirmişdir. 1994-1995 ci ildə Respublika Uroloji Klinik Xəstəxasında internatura keçərək Uroloq (Sertifikat № 000286) ixitsasını almışdır. Sonradan iş təcrübəsini Uroloji Klinik Xəstəxanasında Uroloq kimi davam etdirmişdir.

1997 – 2000 ci illlərdə Azərbaycan Müdafiə Nazirliyinin  cəbhəyanı hərbi səhra xəstəxanasında cərrah kimi hərbi xidmətdə olmuşdur.

2000 – 2006 cı illərdə cərrahiyyədə olan təcrübəsini Səudiyyə Ərəbistanı Krallığında davam etdirdi. Аmerika İntensiv Terapiya Cəmiyyəti, Amerika Cərrahlar Koleci tərəfindən təşkil olunmuş müxtəlif kurslar və təlimlərdə iştirak etmişdir.  

2006 ci ildən Azərbaycana qayıtdıqdan sonra müxtəlif özəl xəstəxanalarda Uroloq kimi işləmişdir. Bu vaxtlarda Türkiyə, Hollandiya, Avstriya, İsveç, Fransiya, Çexoslovakiya, Gürcüstan və Rusiyada keçirilmiş bir sıra konfrans, seminar və ixtisaslaşma kurlarında iştirak edərək ümumi urologiya, endourologiya və onkourologiya üzrə praktik təcrübə qazanmışdır.

2017 ci ilin Fevral ayından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkminləşdirmə institutunun urologiya kafedrasının Fəlsəfə Doktoru Proqramı üzrə doktoranturaya qəbul olunmuşdur. Azərbaycanda və xaricdə 10 dan çox məqaləsi dərc olunmuşdur. Amerika, Avropa və Rusiya Uroloqlar Cəmiyyətlərinin həqiqi üzvüdir.

Elmi iş,maraq və praktik iş təcrübəsi əsasən aşağıdakı xəstəliklər üzrədir:

  • Kişilərdə və qadınlarda aşağı sidik yolları xəstəlikləri
  • Sidik daşı xəstəliyi (böyrək daşı, sidik axarı və sidik kisəsi daşları)
  • Prostat vəzi iltihabı və şiş xəstəlikləri
  • Sidik kisəsi xəstəlikləri
  • Kişi Sonsuzluğu
  • Erektil Disfunksiya

Təhsil

Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib.
1999-cu ildə hərbi xidməti bitirdikdən sonra öz peşəsini cərrah kimi Səudiyyə Ərəbistanında davam etdirib.

Kurslar

Elə bu dövrdə Amerika Təcili Təbabət cəmiyyəti nəzdində və Amerikan Cərrahiyyə Kollecinin təcili tibbi yardımın göstərilməsi və cərrahiyyə üzrə tədris kurslarını bitirib, Edinburq Cərrahiyyə Kral Kollecinin sertifikatları ilə təltif olunub.

2006-ci ildə Azərbaycana qayıdandan sonra o, bütün professional və elmi işini urologiyada, xüsusilə də aşağı sidik cinsiyyət yolları, prostat vəzi, sidik daşı xəstəliklərinin tədqiqatı və endourologiya sahələrində cəmləşdirib. Dəfələrlə Turkiyədə, Avstriyada və Hollandiyanın Universitet Xəstəxanalarında urologiya üzrə ixtisası artırma kurslarında iştirak edib, iş təcrübəsi qazanıb.

İş təcrübəsi

1994-cü ildə Respublika Kliniki Uroloji Xəstəxanasında akademik M. Cavadzadənin rəhbərliyi altında öz əmək fəaliyyətinə cərrah-uroloq kimi başlayıb.

1996-cı ildə həkim cərrah kimi hərbi xidmətə çağırılıb və 1999-cu ilədək cəbhə xəttində yerləşən hospitalda cərrah vəzifəsində xidmət edib. Hərbi xidmət dövründə təcili cərrahiyyə, güllə yaralanmaları və mina partlayışından olan travmalarla dəyərli təcrübə qazanıb.

2000 – 2006 cı illərdə cərrahiyyədə olan təcrübəsini Səudiyyə Ərəbistanı Krallığında davam etdirdi. Аmerika İntensiv Terapiya Cəmiyyəti, Amerika Cərrahlar Koleci tərəfindən təşkil olunmuş müxtəlif kurslar və təlimlərdə iştirak etmişdir.  Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin cərrah ixtisası üzrə lisenziyasını əldə etmişdir.

2006 ci ildən Azərbaycana qayıtdıqdan sonra müxtəlif özəl xəstəxanalarda Uroloq Cərrah kimi işləmişdir. Bu vaxtlarda Türkiyə, Hollandiya, Avstriya, İsveç, Fransiya, Gürcüstan və Rusiyada keçirilmiş bir sıra konfrans, seminar və ixtisaslaşma kurlarında iştirak edərək ümumi urologiya, endourologiya üzrə praktik təcrübə qazanmışdır.

Nəsirov Pərvizin sonrakı işinə, 2017 ci ilin Noyabr –Dekabr aylarında Moskvada, N.N. Bloxin adına Milli Onkoloji Elmi Təqdqıqat Mərkəzinin urologiya şöbəsində Rusiyanın baş onkouroloqu Prof. Mateveyev V.B rəhbərliyi altında onkourologiya üzrə keçdiyi təcrübə istiqamət verdi.

2017 ci ilin Fevral ayından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkminləşdirmə institutunun urologiya kafedrasının Fəlsəfə Doktoru Proqramı üzrə doktoranturaya qəbul olunur və bundan sonra elmi - praktiki və əhalinin maarifləndirmə işini, özəl xəstəxana şəraitində kişilərdə prostat vəzi şiş xəstəliklərinin erkən diaqnostikası mövzusunda davam edir.

Hazırda Stimul Hospitalda uroloq cərrah kimi çalışır.

Pərviz Nəsirov ,PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz