Altay Cәfәrov hekimtap.az

Altay Cәfәrov,PhD

Travmatoloq-ortoped

Tibb elmləri namizədi

30 il iş təcrübəsi

Bakı
Çiyin ağrıları

Çiyin ağrıları

Müəllif: T.E.N. Ortoped-travmatoloq Altay Cəfərov, (+994) 50 213-90-98
2123

Paylaşıldı: 13.04.2020
Altay Cәfәrov

Çiyin oynağı (Bazu oynağı) insan orqanizminin ən vacib iri oynaqlardan biri olmaqla həmçinin ən çox zədəyə məruz qalan oynaq hesab edilir. Buna səbəb çiyin oynağının yuxarı ətrafın demək olar ki bütün hərəkətlərində iştirak etməklə daim yüklənməyə məruz qalmasıdır. Çiyin oynağı ən çox professional idmançılarda, ağır fiziki işlə məşğul olan peşə sahiblərində, həmçinin kəskin qəfil və ehtiyatsız hərəkət zamanı istənilən şəxslərdə zədələnir. Travmanın ən çox yayılan səbəbləri açıq qol üzərinə yıxılma, birbaşa çiyin üstə yıxılma, oynağın gərilməsi, çıxıqlar, yarımçıxıqlar hesab olunur. 

Ağrıların səbəbləri bu xəstəliklər və patoloji hallar ola bilər:

  • Bazu oynağı vətərlərinin  qopması-Rotator manjetin zədələnməsi;
  • Adəti bazu çıxığı, bazu oynağının xroniki qeyri-stabilliyi, Bankart və Hill-Saks zədələnmələri ;
  • Bazunun ikibaşlı vətərinin uzun başının zədələnməsi(SLAP-zədələnmə);
  • Impicment sindrom-(subakromial boşluğun sıxılması sindromu);
  • Onurğanın boyun şöbəsinin osteoxondrozu;
  • Çiyin artriti;
  • Artroz;
  • Adheziv kapsulit, “donmuş çiyin” sindromu 
  • Kalsifikasiyaedən tendinit.
  • Bazu sinirinin nevriti;
  • İnfeksion xəstəliklər (vərəm, xlamidioz,kandidoz, streptokokk infeksiyası )

Diaqnozun qoyulması üçün həkim ilk öncə ətraflı anamnez toplayır, ağrıların əmələ gəlmə vaxtı, tezliyi, intensivliyi barədə məlmat alır. Sonra fiziki müayinə metodlarınin tətbiqi ilə bazu oynağında hərəkətlər, ağrıların lokalizasiyası, yayılması yoxlanılır. Əlavə instrumental müayinə  metodlarından aşağıdakılar istifadə olunur:

Rentgenoqrafiya: Adi rentgenoqrammalarda bazu oynağını təçkil edən sümük və qığırdaq toxumalarının vəziyyəti, sınıq vı ya çıxığın olub-olmaması, oynaq yarığının vəziyyəti haqqında tam ətraflı məlumat alaq mümkündür..

Ultrasəs müayinəsi: Bazu oynağında ultrasəs müayinəsinin  köməyi ilə oynaq kapsulu, oynaq qığırdağı və oynaqətrafı yumşaq toxumaların vəziyyəti haqqında malumat əldə etmək olur

МRT: maqnit-rezonans tomoqrafiya: ən informativ qeyri-invaziv prosedura olmaqla oynaqdaxili bütün strukrurlrın, ən əsas da bağ və vətərlərin quruluşu, anatomik vəziyyəti, degenerativ dəyişiklikləri barədə ətraflı məlumat verir.

Laborator müayinələr: Oynaqda olan spesifik və qeyri spesifik iltiabi,autoimmun  proseslərin diaqnostokasında hemoqramma,CRP, revmotestlər, biokimyəvi laborator göstəricilər mühüm rol oynayır.

Çiyin ağrılarının müalicəsi

Xəstəni tam müayinələrdən keçirdikdən və diaqnozu təsdiqlədikdən sonra həkim kompleks müalicə təyin edir. Bu zaman həm ağrıları aradan qaldırmaq üçün simptomatik, həm də ağrıalrın yenidən əmələ gəlməməsi üçün patogenetik, yəni ağrını yaradan səbəbləri aradan ğötürən,həmçinin də bərpaedici müalicə tədbirləri istifadə olunur.  

Çiyin ağrılarının müalicəsi 80% hallarda konservativ, yəni əməliyyatsız mümkün olur. Konservativ müalicə tədbirlərinə aşağıdakılar daxildir:

  • Çiyin oynağının immobiizasiası, yəni hərəkətsizləşdirilməsi
  • Qeyri steroid iltihab əleyhinə preparatlar qəbulu
  • Fizioterapiya, kinezoterapiya
  • Zərbə dalğalı terapiya
  • Müalicəvi idman, Massaj
  • Oynaqdaxili steroid inyeksiyaları

Cərrahi müalicə

6 ay ərzində aparılan konservativ müalicə effekt vermədikdə, həmçinin instrumental müayinələrin nəticəsinda çiyin oynağı bağlarında ciddi zədə aşkarlandıqda  cərrahi müalicə taktikası seçilir. Müasir təbabətdə çiyin oynağında icra olunan əməliyyatların böyük əksəriyyəti artroskopik üsulla aparılır. 

Bu zaman kiçik ölçülü dəliklərdən xüsusi alətlər çiyin oynağına daxil edilir.  əməliyyatdan sonrakı dövrdə yaraların sağalması, erkən reabilitasiya və ağırlaşmaların minimuma endirilməsi artroskopik əməliyyatların üstün cəhətlərindəndir. 

Xəstə məliyyatdan sonra 1-2gün stasionarda yatır.  Qol yumşaq qol asqısında 3-6 həftə immobilizasiya olunur. Bu müddətdə kiçik amlitudalarda aktiv və passiv hərəkətlərə icazə verilir. Fizioprosedurlar təyin olunur. Reabilitasiya 4-6 ay müddətinə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Altay Cәfәrov,PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz