Rauf Məmmədov hekimtap.az

Rauf Məmmədov

Stomatoloq

15 il iş təcrübəsi

Bakı
Gingivit

Gingivit

Müəllif: Stomatoloq Rauf Məmmədov , Əlaqə:050 255 88 50
7413

Paylaşıldı: 13.11.2019
Rauf Məmmədov

GİNGİVİT NƏDİR?

Gingivit - diş ətində şişkinliyə, qırmızılığa və asanlıqla qanamaya səbəb olan, diş əti xəstəliklərinin ən mülayim formasıdır. Gingivit – yetərincə yayılmış bir xəstəlikdir. Gingivitin yaranmasına bir çox səbəblər var. Bunlar: şəkərli diabet, siqaret çəkmək, qocalma, genetik meyillilik, sistemik xəstəliklər, stres, qeyri-kafi qidalanma, cinsi yetkinlik dövrü, hormonal dəyişikliklər, hamiləlik, maddə asılılığı, QİÇS və müəyyən dərmanların istifadəsidir.

GİNGİVİTİN NÖVLƏRİ:

Gingivitin bir neçə növləri vardır:
  • kataral,
  • xoralı-nekrotik,
  • hipertrofik gingivit.
  • atrofik ginginit

Kataral gingivitin kliniki simptomları: qızartı, damağın selikli qişasının şişkinliyi, qan axmalar. Gingivitin bu formasındadişlərdə cüzi qaşınmadan, yemək zamanı ağrılardan ibarətdir.
Xoralı-nekrotik gingivit zamanı damağın selikli qişasında yaralar və nekroza uğramış sahələr əmələ gəlir. Onun kliniki simptomları bunlardır: qalitoz (ağızdan xoşagəlməz qoxu), damağın ağrılı olması; orqanizmin ümumi vəziyyəti həmçinin ağırlaşır: xəstə ümumi əzginlik hiss edir, bədən hərarətinin 39 dərəcəyədək yüksəlməsi, limfa düyünlərinin böyüməsi mümkündür.
Hipertrofik gingivitdə damaq məməciklərinin böyüməsi baş verir və dişin bir hissəsi örtülür. Xəstəliyin ilkin mərhələlərində hər hansı bir simptom olmur. Sonradan isə damağa toxunanda və ya yemək yeyəndə qan axma və ağrılar başlayır.
Atrofik gingivitdə isə, əksinə, damaq toxumasının atrofiyası (azalması) baş verir, və damağın səviyyəsi zamanla aşağı düşür və dişin dibi görünməyə başlayır. Atrofik qingiviti olan insan bunu isti və soyuq yeməklərə həssaslıqda hiss edir.

MÜALİCƏ VƏ PROFİLAKTİKASI:

Gingivitin müalicəsi stomatoloq tərəfindən aparılmalıdır. Müalicə diş piləklərinə təsirdən, yerli və ümumi amilləri aradan qaldırmaqdan ibarətdir. Bəzi hallarda cərrahi müdaxilə zəruridir (küretaj).
Bundan başqa əksər hallarda xüsusi vasitələrə əl atmaq lazım olur, həm də sadəcə xəstəliyin kəskin fazasının müalicəsi üçün deyil, həmçinin ciddi ağırlaşmaları dayandırmaq və ya qarşısını almaqçün.
Müxtəlif preparatlardan istifadə olunur: antibiotik, iltihaba qarşı vasitələr, yerli immunomodulyatorlar.
Yoluxucu-iltihabi proseslərdən əmələ gələn gingivitlərdə infeksiyanın törədicisini aradan qaldırmaq lazımdır. Buna görə həkim antibakterial vasitələr və ya göbələyə qarşı dərmanlar təyin edə bilər.

Gingivitin profilaktikası üçün növbəti tədbirlər görmək lazımdır:

 • müntəzəm olaraq stomatoloqun müayinəsindən keçmək;
 • hər gün diş ərpini diş pastası və ipək sap vasitəsiylə aradan qaldırmaq;
 • dişləri təmizləmək üçün hər 3-6 ay stomatoloqa müraciət etmək.


Rauf Məmmədov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz