28.08.1970-ci ildə Bakı şəhərində anadan olub.
1977-ci ildə Yasamal rayonu 13 saylı orta ümumtəhsil məktəbinin 1-ci sinfinə daxil olmuş və 1987-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.
1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsində təhsil alıb.
1995-1996-cı illərdə Ə.F.Qarayev adına Klinik Uşaq Xəstəxanasında internatura keçib.
15.09.2005-16.12.2005-ci il tarixlərində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçib.
02.02.2009-31.03.2009-cu il tarixlərində Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda “Pediatriyanın aktual məsələləri”üzrə tematik təkmilləşmə kursu keçib.
10.11.2014-05.12.2014-cü il tarixlərində Ə.Əliyev adına Azərbaycan həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçib.
Müxtəlif illərdə bir çox xarici ölkələrdə keçirilmiş Pediatrik konfransların məruzəçi və iştirakçısı olmub.
1996-1998-cı illər Ə.F.Qarayev adına Klinik Uşaq Xəstəxanasının I infeksion şöbəsində çalışıb.
2006-2014-cü ilin avqust ayına qədər N.Tusi adına Klinikasında pediatr kimi fəaliyyət göstərib. Bu klinikada çalışan müddətdən etibarən bütün sığorta şirkətləri ilə sıx əlaqə saxlanılaraq mütəmadi olaraq işləyib.Vaksinasiya işinin təşkili və aparılması da həmin illərdən başlayıb.
2009-2012-ci illərdə Oksigen Klinikada pediatr kimi fəaliyyət göstərib. Bu 3 il ərzində də sığorta olunmuş pasiyentlərlə işləyib.
Həkimlərin sertifikasiyasından keçmişdi.
Hal-hazırda Grand Hospitalda pediatr kimi çalışır. Bütün növ pediatrik xəstələrin müayinəsi və müalicəsini həyata keçirir. Uşaqların vaxtlı-vaxtında peyvənd olunması və vaksinasiya aparılması ilə məşğul olur. Ağır xəstələrin hospitalizasiya olunaraq stasionar şəraitdə müalicə almasını təmin edir.