travmatoloq-ortoped şəhriyar fətullayev

Şəhriyar Fətullayev,Uzm.

Travmatoloq-ortoped

Uzman

8 il iş təcrübəsi

Bakı
çiyin çıxıqları bankart lezionu

Çiyin çıxıqları (Bankart lezionu)

Müəllif: Travmatoloq-ortoped uzman dr. Şəhriyar Fətullayev
8739

Paylaşıldı: 14.06.2018
Şəhriyar Fətullayev

Bankart lesion (İngilis cərrah Arthur Sidney Blundell Bankart'ın adı verilmişdir) çiyinin önə doğru çıxması nəticəsində oynağın  labrum adı verilən elastik toxumasının ön hissəsinin sümükdən və ya sümüklə birlikdə ayrılmasına deyilir. Çıxma nəticəsində bazu sümüyünün başının arxa hissəsində zədələnmə meydana gələ bilər ki buna da  Hill-Sachs lezionu adı verilir. 

Təkrarlanan çiyin çıxıqları  aşağıdakı şəkildə təsnif edilə bilər:

Travmatik çıxıqlar

Bu tip çıxıqlar travma nəticəsində meydana gəlir (yıxılma, avtomobil qəzasıvə s.). Daha çox bazu sümüyünün başı önə doğru çıxır.Bu zaman labrum deyilən elastik toxumada zədələnmə yarana bilir. Bəzən isə kürək sümüyünün oynaq səthinin sümük kənarını da zədələyə bilir. Hər iki problemə də Bankart lezionu adı verilir (sadəcə labrum yırtığı görülən və ya sümük qopması ilə birlikdə rastlana bilər. Sonuncusuna “bony Bankart” deyilir.

Bu xüsusiyyətlərindən dolayı tibb ədəbiyyatında ingiliscə TUBS instabilliyi (Traumatic unilateral dislocations with a Bankart lesion)deyilir.

Təkrarlayan çiyin çıxıqlarının əksəriyyəti travmatik çıxıqdır. İlk çıxıq yerinə salındıqdan sonra qol mütləq xüsusi sarğıya alınmalı və kəskin dövr keçdikdən sonra çiyin təkrar muayinə olunmalıdır. Xüsusilə ilk çıxıq 20 yaş altında olmuşsa, 80%  yenidən çıxıq ehtimalı var. 40 yaş üzərində ilk çiyin çıxığı olan xəstələrdə təkrarlanan çıxıq nisbəti 20%-dir. Əgər Bankart lezionu yaranmışsa müalicə yalnız cərrahidir.

Atravmatik çıxıqlar

Bu çıxıqlar travma olmadan meydana gəlir. Gündəlik həyatda hərəkətlər zamanı (qolu çevirmək, qaldırmaq, tərs bir hərəkət etmək kimi) həm arxaya, həm də önə çıxan, adətən hər iki çiyində görülən, müalicəsində ilkin fizioterapiya seçilən problemdir.Bu xüsusiyyətlərindən dolayı tibb ədəbiyyatında ingiliscə AMBRİ instabilliyi (Atraumatic, Multidirectional,often Bilateral,requires Rehabilitationas first-line therapy, Inferior capsular shift) deyilir.Bu xəstələrdə çiyin çox asan çıxaraq sonradan yerinə girir. Təcrübəli əllərdə fizioterapiya ilə 80% müalicə edilir.Fizioterapiyaya cavab verməyənlər isə cərrahi üsullarla müalicə edilirlər.

Vərdişi çıxıqlar

Xəstələr çiyinlərini istəkli olaraq önə və arxaya çıxarıb yerinə yerləşdirirlər. Bu psixoloji səbəbli atravmatik (AMBRİ) çıxıqlar kimi təsnif olunur.Bu xəstələrin ilk növbədə bu vərdişdən imtina etmələri lazımdır. Bunun üçün bəzən psixoloji müalicə lazım gəlir. Vərdişi tərgidən xəstələrdə atravmatik (AMBRİ) çıxıq kimi müalicəyə davam edilir. Fizioterapiyaya baxmayaraq, müəyyən hərəkətlərdə çıxıq yaranırsa, cərrahi müdaxilə tətbiq edilə bilər.

Çiyin çıxıqlarının müalicəsi

Təkrarlanan çiyin çıxıqlarının cərrahi müalicəsi açıq metodlarla və qapalı-artroskopik metodlarla aparılır.

Artroskopik cərrahiyyə çiyin oynağında çox az cərrah tərəfindən həyata keçirilir. Buna səbəb texniki olaraq olduqca çətin və xüsusi bir vərdiş tələb etməsidir. Biz də öz təcrübəmizdə təkrarlanan çiyin çıxıqlarında artroskopik cərrahiyyəyə üstünlük veririk. Düzgün texnika ilə edildikdə 90 %faydalılıq əldə edilir.

Artroskopik Bankard təmiri

Xəstə cərrahi masada oturaq vəziyyətdə (Şezlonq pozisionu) ümumi anesteziya altında çiyində 0.5 sm üç dəlik açılaraq kamera ilə oynağın daxilinə girilərək əvvəlcə muayinə edilir. Yanaşı gedən problem varsa onlar da müəyyənləşdirilir. Daha sonra xüsusi implantla yırtılmış labrum kapsulla birlikdəsümüyün ön kənarına tikilir.

Oynaq kapsulunun daraldılması (kapsular shifting)

Labrumun yırtılmış olmadığı, labrumun tamamilə degenerasiya olduğu təkrarlanan  çiyin çıxığı və ya labrum təmirinə əlavə olaraq aparılır. Məqsəd təkrarlanan çıxıqlarla genişləmiş  ön-arxa hissədəki kapsul daraldılır. Daraltma üçün bol kapsulun alt hissəsindən başlayaraq yuxarıya doğru tikilir. Bankart təmirində olduğu kimi 3 dəlik istifadə edilməklə aparılır.

Dağlama (Shrinkage)

Genişləmiş kapsul artroskopik olaraq oynaq içində radiofrekans cərəyanı istifadə edilərək qızdırılması və sonra kapsulun büzüşdürülməsi ilə sonlandırılan müalicə üsuludur. Tək başına və ya bankart təmirinə əlavə olaraq icra edilə bilər.

Çiyin çıxıqlarında artroskopik cərrahiyyənin üstünlükləri

Yanaşı gedən problemləri də aradan qaldırma imkanı (SLAP, loose body,və s.) ;
 – Daha az ağrı;
 – Psixoloji daha rahat xəstə;
 – Daha asan reabilitasiya;
 – Daha az yara izi;
 – Daha qısa cərrahi müddət;
 – Ağırlaşmalar daha az.

Əməliyyatdan sonrakı müşahidə

Qol 4 həftə asqıda saxlanılır və gündə 4-5 dəfə etmək şərtilə passiv hərəkətlər verilir. İki həftə sonra yaradakı tikişlər alınır. 10 gün sonra rahatlıqla kompüter istifadə edilə və həmçinin yazı yazıla bilər. 4-6 həftə arası passiv və məhdud aktiv hərəkətlərə icazə verilir. 6-10-cu həftələrdə aktiv hərəkətlər daha da artırılır və bu zaman xəstələr gündəlik işlərinin böyük hissəsini edə, qolun çiyin səviyyəsindən yuxarı və yana aça bilərlər. 12-16-cı həftələrdə bütün hərəkətlərə icazə verilir və nəhayət 16-cı həftədən idmana başlanıla bilər.

Tennis, basketbol, voleybol, beysbol kimi qolun başüstü intensiv istifadə edildiyi idman növlərinə 6 ay sonra icazə verilir.Bütün bu proqramların fizioterapevt nəzarətində edilməsi əməliyyatdan sonrakı sağalmanı sürətləndirir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Şəhriyar Fətullayev,Uzm.

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz