Zaur Əhmədov hekimtap.az

Zaur Əhmədov

Nefroloq

7 il iş təcrübəsi

Bakı
nefrotik sindrom xəstəliyi

Nefrotik sindrom xəstəliyində qidalanma

Müəllif: Zaur Əhmədov
7618

Paylaşıldı: 27.12.2017
Zaur Əhmədov

Nefrotik sindrom dediyimiz xəstəlikdə, böyrəklərin süzmə və geri əmmə qabiliyyəti pozulur. Sidikdə aşırı zülal itkisi olur. Böyrəklərdən su və natriumun geri əmilməsi artır. Sidik azalır. Bu səbəblə hüceyrəarası maye artaraq bədəndə şişmə başlayır. Səhərlər göz qapaqlarında, yeridikdən sonra ayaqlarda şişkinlik olur.

Nefrotik sindromlu xəstələrin qidalanmasında əsas məqsəd ödəmlərin düzəldilməsi, itkilərin qarşılanması, bunlar edilərkən də, xəstənin yetərli və dəngəli qidalanmasıdır.

Qidalanma:

1. Pəhrizdə zülal mənşəli qidaların miqdarı artırılaraq zülal itkisini qarşılamalıdır. Hər kiloqramma 1.5-2.0 qr protein qəbul edilməlidir. Qəbul edilən protein, yüksək keyfiyyətli heyvani qida şəklində olmalıdır. 
2. Pəhrizin enerji dəyəri, xəstənin ehtiyacını qarşılayacaq şəkildə olmalıdır. Yetərli miqdarda karbohidrat və yağ qəbul edilməlidir. 
3. Bədənində şişkinlik olan xəstələrin pəhrizində duz kəskin azaldılmalıdır. Arterial qan təzyiqi normal olan və ödəmi olmayan xəstələr duz istifade edə bilərlər.
4. Pəhrizin maye və elektrolit dəyəri, xəstənin sidik çıxışı və ödəminə görə tənzimlənir. 
5. Xəstənin vitamin və mineral ehtiyacı mütləq qarşılanmalıdır.
6. Xəstənin yaxşı qidalanması üçün, yetərli miqdar və çeşitdə qidalar verilməlidir.

Duzsuz pəhrizdə olan iştahsız xəstələrin istəyinə görə yeməklərinə limon, sarımsaq, kəklik otu, vanil və bənzər əlavələr qatıla bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   


Zaur Əhmədov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz