Yunis Yusubov hekimtap.az

Yunis Yusubov,Prof., MD

Üz-çənə cərrahı

Professor, Tibb Elmləri Doktoru

Bakı

Həkim haqqında

Tibb elmləri doktoru, professor Yunis Əmiraslan oğlu Yusubov 1942-ci ildə anadan olub.
300-dən çox elmi işin, o cümlədən iki dərsliyin, üç kitabın, bir monoqrafiyanın (həmmüəllifi), 23 ixtiranın, 15 metodik tövsiyyə və metodik işləmələrin müəllifidir. 1999-cu ildən Beynəlxalq Üz-Çənə Cərrahlar Assosiasının, 1997-ci ildən Azərbaycan Stomotoloji Assosiasiya Şurasının üzvü və cərrahi stomatologiya bölməsinin rəhbəridir. 1996-cı ildə ilk dəfə olaraq Azərbaycan dilində cərrahi stomatologiya üzrə dərslik çap etdirib.
Professor Y.Ə. Yusubovun üz-çənə cərrahiyyəsində bir sıra yeni orijinal cərrahi üsullara patent almaqla gündəlik təcrübədə geniş tətbiq olunur.

Təhsil

O, 1964-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.
1972-ci ildə Kiyev həkimləri Təkmilləşdirmə İstitutunun cərrahi stomatologiya kafedrasına aspiranturaya qəbul olub. 

Kurslar

O, bir çox Beynəlxalq konfrans və konqreslərdə iştirak edib (Türkiyə 1997-2012-2013-2014, İran 2008-2010, İtaliya 2008, İspaniya 2013).

İş təcrübəsi

1975-ci ildə tibb elmləri namizədlik dissertasiyasını müdafiə edərək, Kiyev Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasında assistent işləyib.
1988-ci ildə Kiyevdə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra, 1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasına professor vəzifəsinə seçilib.

Yunis Yusubov,Prof., MD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz