Rasim Mikayılov hekimtap.az

Rasim Mikayılov,PhD

Ümumi cərrah

Tibb elmləri namizədi

27 il iş təcrübəsi

Bakı

Həkim haqqında

1973-cü ildə Naxçıvan MR Culfa rayonunda anadan olub.1995 ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsini bitirib.  2004-cü ildə onikibarmaq bağırsağın xora xəstəliyinin cərrahi müalicəsi istiqamətində "Selektiv proksimal vaqotomiya zamanı mədəni drenləşdirici əməliyyatların müqayisəli qiymətləndirilməsi" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb. Bu illər ərzində dəfələrlə ölkədə va ölkə xaricində keçirilən müxtəlif seminar və elmi konfranslarda iştirak edərək, elmi və praktik yeniliklərə yiyələnib. Bir çox elmi məqalələrin müəllifidir.

Təhsil

1979-1989-cu illərdə Culfa rayon 38 N-li dəmiryol orta məktəbində təhsil alıb.
1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakultəsində təhsil alıb.
1995-1996-cı illərdə Bakı şəhər 5 saylı Klinik Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçib.
2009-cu ildə Anakara Universiteti Tibb fakultəsində Laparoskopik cərrahiyyə istiqamətində təhsil alıb.

 

Kurslar

1997-ci il 1-ci Avrasya Gastroenteroloji Konqresi, Bakı
2006-ci il IX Beynəlxalq Avrasiya Cərrahiyyə və Qastroenterologiya Konqresi
2008-ci il XI Beynəlxalq Avrasiya Cərrahiyyə və Qastroenterologiya Konqresi
2009-cu il İ.M. Məmmədovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans
2009-cu il I Avroasiya laparoskopik cərrahiyyə konqresi. Bakı
2014-cü il Azərbaycan-Türkiyə Cərrahiyyə və Qastroenterologiya günləri

2012-2014-cü illərdə İstanbul şəhərində müxtəlif aparıcı klinikalarda laparoskopik və bariatrik əməliyyatlarla bağlı təcrübə keçib.

İcra olunan prosedurlar

Qida borusu, mədə, qaraciyər, öd yolları, mədəaltı vəzi və digər qarın boşluğu orqanları üzərində müasir avadanlıqların tətbiqi ilə planlı və təcili  əməliyyatlar icra edir: mədə rezeksiyası, qastrektomiya, pankreatoduodenal rezeksiya, kolektomiyalar, qaraciyər-öd yolları, öd kisəsi xəstəliklərinin açıq və laparoskopik cərrahi müalicəsi, laparoskopik fundoplikasiya, yemək borusunun axalaziyasının cərrahi müalicəsi (laparoskopik Heller miotomiyası), ileo- və kolostomaların qoyulması, ileo- və kolostomaların ləğvi, qarnın ön divarının yirtiqlarının açıq və laparoskopik cərrahi müalicəsi, ağır dərəcəli piylənmənin müalicəsində laparoskopik mədə kiçiltmə əməliyyatı (sleeve gastrectomy), digər təcili cərrahi xəstəliklər zamanı açıq və laparoskopik əməliyyatlar.

Xəstəliklər müalicəsi

 - Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi və xora xəstəliyinin ağırlaşmaları;
 - Yemək borusunun axalaziyası;
 - Diafraqmanın yemək borusu dəliyinin yırtıqları-reflüks xəstəliyi;
 - Yoğun bağırsaq xəstəlikləri;
 - Kəskin bağırsaq keçməməzliyi;
 - Qaraciyər exinakokku;
 - Öd daşı xəstəliyi;
 - Öd yolları xəstəlikləri;
 - Göbək və qasıq yırtıqları;
 - Qarnın ön divarının müxtəlif əməliyyatdan sonrakı yırtıqları;

-Ağır dərəcəli piylənmə.

İş təcrübəsi

1996-cı ildən indiyə qədər Bakı şəhər 5 saylı Klinik Xəstəxanasının cərrahiyyə şöbəsində çalışır.

yanaşı olaraq;
2012-ci ildən Bakı İnternational-2 klinikasında,
2017-ci ildən Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında fəaliyyət göstərir.

Rasim Mikayılov,PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz