image hekimtap.az image hekimtap.az image hekimtap.az



07.02.2021
Hörmətli həkimlər, psixoloqlar, psixoterapevtlər, rezidentlər və tibb tələbələri, sizi böyük məmnuniyyətlə HəkimTap-ın təşkilatçılığı ilə 28 fevral 2021-ci il tarixində saat 19:00-da keçiriləcək "Panik Atakların psixoterapevtik müalicəsi" adlı Psixoterapevtik Təlimə dəvət edirik. Azərbaycanın tanınmış Həkim Psixoterapevti, Rusiyanın Sankt-Peterburq V.M.Bexterev adına İnstitutunun Fərqlənmə Diplomu ilə 2003-cü ildən məzunu, Rusiyanın baş psixoterapevti, professor B.D.Karvasarskinin və dünya üzrə tanınmış psixoanalitiki professor V.D.Vidin rəhbəri altında çalışmış, 2003-2007-ci illərdə "Regional Psixologiya Mərkəzi"nin direktoru, 2008-2021 "Global Training and Consalting" şirkətinin direktoru, İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin aparıcı eksperti, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Biznes Psixologiya şöbəsinin rəhbəri, 2020-ci ildən "Psixologiya Məktəbi"nin rəhbəri, 17 il psixoterapiya sahəsində təcrübəsi olan mütəxəssis Kənan Rəhimov bu praktikumda sizinlə öz təcrübəsində tətbiq etdiyi metodları paylaşacaq Təlimin proqramı: I-ci təlim - 120 dəqiqə - “Şəxsi həyat xəritəsi” ilə iş qaydaları Şəxsi həyat xəritəsinin təhlili Xəritəni əsas mərhələlərə bölmə Tarixi qaydada əsas konfliktlərin qeydləri Xəritədəki məhdudiyyətlərin üzə çıxması Sosial əlaqələrin qurulma potensialı İcazələr və azadlıq anlayışı Müstəqillik və birlik anlayışı Sosial dairələrin genişliyi II-ci təlim - 120 dəqiqə - Keçmişin təhlili və "asılı münasibətlər" Sosial Dairələrin təhlili Ailə, peşəkar, şəxsi dairələrin məzmunu Vizual-Kinestetik Dissosiasiya texnikası Cəmləşdirməsi texnikası Tenikaların tətbiqi zamanı yaranan suallar Katarsis - Ekspressiv Reaksiya Asılılıq bağları texnikası Texnikaların tətbiqi ilə bağlı suallar III-cü təlim - 120 dəqiqə - Gələcəyə baxış və "qərarsızlıq təşvişi" Panik Atak sindromunun əsas triqqeri Qorxu və Təhlükə qavrama yalnışlığı Alernativ təfəkkür prinsipləri Gələcək və arzular təhlili Aktual olan psixoloji “Pat” vəziyyəti "Qərar vermək" qərarı texnikası Qərarsızlıq təşvişi, Franklin metodu Güc qaynağı və Deadline Kimlər üçün nəzərdə tutulub: Psixoterapevtlər Psixiatrlar Nevroloqlar Həkimlər Psixoloqlar Konsultantlar Mentorlar Kouçlar Tələbələr Pasiyentlər Təlimdə iştirakın şərtləri: I Hissə- 50 manat II Hissə- 50 manat III Hissə -50 manat Qeyd: Təlimin 3 hissəsini aldıqda 100 manat ödəniləcək.  - Sertifikat verilir (HekimTap)  - Qeydiyyatın son günü - 27 fevral 2021-ci il. Vebinarda iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat formasını doldurmalıdırlar: https://forms.gle/KanjuEa1zZN14tZ58